Sevgilisindən ayrılanlar bunları bilməlidlir!
Ayrılıq acısından xilas olma üsulları
Münasibətlər bitibsə, onu unutmaqdan başqa çarə yoxdur… Unutmaq üçün zamana ehtiyacınız var, özünüzə zaman verin…
1. Gözünüz boş yerə yolda qalmasın (Yəni, sizə geri dönməsini gözləməyin).
2. Bu münasibətin ən böyük səhvlərini və dözülməz tərəflərini siyahıya alın və hər dəfə depressiyaya düşəndə həmin siyahıya baxın.
3. Həyatınızdan bütün “kaş ki” sözlərini çıxarın. Dostlarınızla çoxlu vaxt keçirin.
4. Bitmiş sevginin ardından yeni münasibətə başlamayın. Bu daha ciddi və səhv addımlar atmağa səbəb ola bilər. Peşman olacağınız sevgilərə yol verməyin.
5. İdman, yoqa, rəqs ya da diqqətinizi çəkən və sizi rahatlaşdıran məşğuliyyətlərlə maraqlanın.
6. Dostlarınızla söhbət edərkən bütün vaxtınızı onun haqqında danışmağa sərf etməyin. Belə etsəniz, onu unutmaq daha da çətinləşəcək.
7. Onun gedə biləcəyi və birlikdə olduğunuz məkanlara getməyin.
8. Onu heç vaxt axtarmayın və zəng etməyin. Telefonda danışdığınız üçün onun həqiqətən hansı hisslər keçirdiyini bilməyəcəksiniz.
9. Heç bir saniyə olsun ağlınızdan çıxmırsa və hərəkət edə bilmirsinizsə, sizi güclü hiss etdirən musiqilər dinləyin. Kədərli musiqilərə vəziyyətiniz yaxşı olana qədər ara verin.
10. Ona aid olan bütün əşyaları və hədiyyələri görə bilmədiyiniz yerə qoyun.
11. Ondan ayrılmağınız münasibətilə parti təşkil edin və çoxlu əylənin.
12. Gələcəklə bağlı planlar qurun və bunun üzərində düşünün. Hər şərdə bir xeyir olduğunu qulağınıza sırğa edin.
13. Təcrübənizdən nəticə çıxarın və bir daha eyni səhvlərə yol verməyin.
14. Əvvəlki sevgiliniz sizinlə birlikdə olmaq istəsə, yaşadıqlarınızı və ayrılıq səbəbini bir daha düşünün. Sizi sevdiyiniz hiss edirsinizsə və bu sevgi sizə qəm-kədər gətirmirsə, şans verməyə dəyər…