-
Harada, necə tanış olmalı?
-
Bu tanış olma məsləhətləri mənbəyin özündən məhz bu yerlərdə çalışan kişilərdən gəlir.
Supermarketdə
Xoşuna gələn oğlanın yaxınlığındakı rəfdə əcaib adlı məhsul tap, onun nə üçün istifadə edildiyini soruş. Sənə kömək etmək onun xoşuna gələcək. Əgər bu məhsuldan xəbəri yoxdursa, ən azından, ikiniz də bu vəziyyətə gülə bilərsiniz.
—Kənan, 24, supermarketdə kassir
İdman zalında
İdman zalında bir alətin yanında dur, ondan qurğunun necə işə salındığını soruş (özün bacarır-sansa belə)”.
—Tərlan, 22, idman zalında məşqçi
Restoranda
Bu hiylə onun tək və ya dostları ilə birlikdə oturmasından asılı olmayaraq, hər zaman işə yarayın fri kartofu sifariş et, sifariş gəldikdən sonra onun stoluna yaxınlaşaraq de ki, ofisiant sifarişləri səhv salıb və bir pors yerinə sənə iki pors gətirib. Pulsuz yemək hər kişinin xoşuna gələr. Yemək gözəl qız tərəfindən ikram olunursa, effekt ikiqat artır…
—Fərid, 23, ofisiant
Fast-fud kafelərində
Xoşuna gələn oğlanın arxasında dur və o, sifarişini bitirər-bitirməz, sən də eynisindən sifariş et. Ona da de ki, onun seçimi əla səslənir və buna görə də sən eynisini sifariş etmək qərarına gəldin. Beləliklə, sən həm ona qarşı maraq nümayiş etdirirsən, həm də siz ortaq bir cəhət tapmış olursunuz.
—Kamal, 29, barista
Kitab mağazasında
Onun əlində tutduğu kitabı nəzərdən keçir və ona de: “Eşitmişəm, əla kitabdır, mən də elə həmin kitab üçün gəlmişəm”. Daha sonra onun kitab haqqında fikirlərini öyrənmək istədiyini söylə.
—Mikayıl, 23, kitab satıcı