-
Koko Şaneldən xanımlar üçün 25 sitat
-
1. Bəs sözün əslinə qalsa, pis fiqura nə deməkdir? Bu, başdan ayağa qədər qorxmuş fiquradır. Bu qorxu, davranışda ondan qaynaqlanır ki, qadın öz vücuduna layiq olduğu qayğını göstərməyib. Ev tapşırığını etmədiyinə görə utanan qız uşağı, təbiəti anlamayan qadınla eyni təəssürat bağışlayır.
2. Qadının işləri nə qədər pis gedərsə, o bir o qədər yaxşı görünməlidir.
3. Hara fırladırsan-fırlat, kişinin həyatında cəmi bir qadın olur. Qalanları isə onun kölgələridir.
4. Uzun pencəkləri heç xoşlamıram, kişi ilə söhbət zamanı onun mənə necə münasibət bəslədiyini görməyə mane olur.
5. Hər bir qız həmişə iki şeyi dəqiq bilməlidir: kimi və nəyi istədiyini.
6. Xırda-xuruş şeylər almaqdan ötrü iri pulqabılı kişilərə ərə getməyin.
7. Mənim heç vecimə deyil, siz haqqımda nə düşünürsünüz. Mən sizin haqqınızda ümumiyyətlə düşünmürəm.
8. Əgər heç vaxt sahib olmadığınız bir şeyə sahib olmaq istəyirsinizsə, onda heç vaxt etmədiyiniz şeyləri etməli olacaqsınız.
9. Çirkin qadın olmur, sadəcə tənbəl qadınlar(baxımsız) olur.
10. Qadınlar yalnız ərə gedənə qədər gələcəyə görə narahat olur, kişilər isə əksinə evlənənə qədər gələcək haqqında düşünmür.
11. Gözəlliyin qeydinə qalmağa ürəyinizdən və ruhunuzdan başlayın, yoxsa heç bir kosmetik vasitə sizə kömək etməyəcək.
12. Kosmetika istifadə etməyən qadın, özü haqında həddindən artıq yüksək fikirdədir.
13. Xətrinə dəyəndə özünü büruzə verməmək, acı çəkəndə belə hay-küylü tamaşalar qurmamaq -əsl qadına məxsus xüsusiyyətlərdir.
14. 40 yaşdan sonra heç kəs cavan deyil, amma istənilən bir yaşda cazibədar və füsunkar görünmək bizim öz əlimizdədir.
15. Hər şey öz əlimizdədir, ona görə əllərimizi yanımıza salmaq, təslim olmaq olmaz.
16. Qocalıq sevgidən qorumur, amma sevgi qocalıqdan qoruyur.
17. Öz geyim tərzimlə mən ətrafımdakı insanların gülüşünə səbəb olurdum, amma mənim uğurumun sirri məhz elə bunda dayanırdı. Çünki mən hamı kimi görünmürdüm.
18. Əsli xoşbəxtlik baha deyil: əgər ona görə yüksək qiymət ödəməli olursunuzsa, demək o həqiqi yox, saxtadır.
19. Əgər sın qanadsız doğulmusunuzsa, onların böyüməsinə mane olmayın.
20. Əllər –qadının vizit kartı; Boğaz –şəxsiyyət vəsiqəsi; Döşlər –isə onların –xarici pasportlarıdır
21. Özünüz xətrinə, özünüzə rəhm edin. Öz qulaqlarınıza, öz gözlərinizə, öz fikirlərinizə rəhm edin. Sizin gecə yarıdan sonra eşitdiyiniz hansı söz və ya oxuduğunuz hansı kəlmə, siz öz yuxunuzdan daha dəyərli ola bilər? Bu, bəlkə də sizin artıq dəfələrlə eşitdiyiniz bir şeylərdir.
22. Bütün baxışları özünə cəlb edən qadının otağa necə daxil olmasına fikir verin, omun yerişi, oturuşu, danışıq zamanı istifadə etdiyi jestlər. Bəlkə də klassik meyarlar, onu kifayət qədər çirkin adlandırmaq olar, amma buna baxmayaraq, onun əndamında, davranışında, jestlərində elə nüanslar var ki, onlar birlikdə üslub təşkil edir və bu olduqca vacibdir, çünki bütün bunlar hər –hansı bır zahiri bəzək əşyası deyil, həmin xanımın özünəməxsus xüsusiyyətlərdir.
23. Xoşagəlməz zahiri görünüşə öyrəşmək olar, amma laqeyd münasibətə əsla.
24. Həqiqi eleqantlıq heç bir maneəsiz hərəkət azadlığını nəzərdə tutur. Hətta adi ətək və yaxşı seçilmiş köynəklə də eleqant görünmək mümkündür. Eleqant görünmək üçün yalnız “Şanel”-dən geyinmək əsl bədbəxtlik olardı, çünki bu elə məhduddur!
25. Uğura əksər hallarda məğlubiyyətin qaçılmaz olduğunu qəti ağıllarına gətirməyənlər nail olurlar.